Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”  xəbər verir ki, hadisə Goranboy-Qızılhacılı yolunun Nərimanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Qızılhacılı qəsəbə sakinləri Ramil Əliyev və Elsevər Yusifov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.