Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 23-də saat 20:00 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində Sabirabad rayon sakini Əliağa Əliyev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakinləri Şəfiqə Şirinova və qızı Təhminəni vurub. Nəticədə Ş. Şirinova hadisə yerində ölüb, T. Şirinova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ana və qızını maşın vurub
Categories: