Avtoreyd.Az Hadisə Balakəndə azyaşlı uşaq yola çıxaraq maşının altında qalıb

Balakəndə azyaşlı uşaq yola çıxaraq maşının altında qalıb


Balakəndə 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında Balakən şəhəri, Səttar Gözəlov küçəsində baş verib.

Şadlıq evlərinin birində keçirilən tədbirdən çıxıb ailə üzvləri ilə evə gedən 5 yaşlı Sona Allahverdiyeva valideynlərinin əlindən çıxaraq qəfil yolun hərəkət zolağına qaçıb. Həmin anda Xəlil Ağayev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə uşağı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Sona Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı Balakən rayon Polis şöbəsində araşdırma aparılır.

Related Post