Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın  xəbərinə görə, hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun 180 -cı kilometrliyində, Kürdəmir  rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qax rayon sakini, 1981-ci il təvəllüdlü Rasul Namiq oğlu Yusifov idarə etdiyi  “Mercedes” markalı yük maşını ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü Hilal Kamal oğlu  Qəniyevi vurub.

 

Ağır xəsarətlər alan piyada Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat Şöbəsində araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.