Avtoreyd.Az Avtoklub Piyada vurulanda günah kimdədir: sürücüdə, yoxsa piyadanın özündə?

Piyada vurulanda günah kimdədir: sürücüdə, yoxsa piyadanın özündə?


“İstər bütünlükdə yol-nəqliyyat hadisələrinin 97 faizinin səbəbi sürücülərin yol-hərəkət qaydalarını pozmasıdır”. Bu fikirləri APA TV-də yayımlanan “AvtoClub” proqramının qonağı, Azərbaycan Texniki Universitetinin dosenti Razim Bayramov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda yol-nəqliyyat hadisələrinin təxminən 40 faizə qədəri piyadaların vurulması ilə nəticələnir: “Bu kimi hallar daha çox şəhərlərdə qeydə alınır. Amma piyadaların da yol-nəqliyyat hadisələrində təqsiri kifayət qədər çoxdur”.

 

Verilişin qonağı, blogger Fuad Tofiqoğlu isə qeyd edib ki, zolağın çox yaxın olmasına baxmayaraq, əksər hallarda piyadalar yolu müəyyən edilməyən yerdən  keçirlər. Bəzən isə işıqforun qadağanedici işığına belə  məhəl qoymurlar.

 

Nişanın quraşdırılması, piyada zolağının çəkilməsi, piyada keçidinin salınmasının hansı qurum və ya komissiya tərəfindən təsdiqləndiyinə  gəlincə, dosent Razim Bayramov bununla bağlı DYP-də xüsusi məşğul olan şöbənin fəaliyyət göstərdiyini vurğulayıb: “Həmin şöbənin əməkdaşları Bakı şəhərində bu kimi məsələlərlə məşğul olurlar. Həmin şöbəyə  həm vətəndaşlardan müraciətlər, həm də müəssisələrdən məktublar daxil olur. Məsələlərə baxıldıqdan sonra isə komissiya yekun qərar çıxarır”.

 

Bloger olaraq müxtəlif təkliflərlə çıxış etdiyini deyən Fuad Tofiqoğlu, bir-iki il əvvəl  məktəblərin  qarşısında piyada zolaqlarının çəkilməsi ilə əlaqədar məktubla müraciət ünvanladığını qeyd edib. Həmin müraciət əsasında Səbail, Nəsimi, Nərimanov rayonlarının bəzi məktəblərinin qarşısında piyada zolaqları çəkilib, kamera və piyada nişanları quraşdırılıb. Blogger, düzgün çəkilməyən piyada zolaqlarının olduqları ünvanlardan biri kimi Dövlət Statistika Komitəsinin qarşısını misal çəkib. O, həmin ərazidə istər piyada, istərsə də sürücülərin problemlə üzləşdiyini qeyd edib.

 

AZTU-nun dosenti Razim Bayramov yollarda nişanların quraşdırılması, piyada zolaqların çəkilməsi, yeraltı və yerüstü keçidlərin salınması və digər məsələlərlə əlaqədar fəaliyyət göstərən komissiyanın tərkibinin yalnız DYP əməkdaşlarından ibarət olmadığını, oraya digər qurumların nümayənədələrin də daxil olduğunu bildirib.

Yollarda quraşdırılan nişanların standartları, piyadalar üçün keçidlərin salınması ilə bağlı sualı Razim Bayramovun belə cavablandırıb: “Yollarda piyada zolaqlarının çəkilməsinin, nişanlarının quraşdırılmasının öz standartları var. Bakı tipli şəhərlərdə, söhbət magistral yollardan getmir, ümumşəhər əhəmiyyətli küçələrdə piyada keçidləri arasındakı məsafə 300-400 metr olmalıdır. Piyadaların hərəkətini istiqamətləndirmək üçün ən effektli üsullardan biri də çəpərləmədir. Onda gərək bu üsuldan yararlanaq. Bu da tam şəkildə mümkün deyil”.

 

Nişanların quraşdırılma qaydalarının mövcud olduğunu deyən dosent Razim Bayramov, nişanlar arasında məsafə deyilən bir anlayışın olmadığını söyləyib. “Digər bir məsələ var. İnsanların diqqətinin və yaddaşının həzmi deyilən bir şey var. Bu adi insanlarda haradasa 3 predmetdir, dahilərdə isə 5-6 predmet ola bilər. Bununla onu demək istəyirəm ki, eyni yol kəsişməsində 2-3 yol nişanından artıq nişan quraşdırmaq olmaz. Sürücü onsuz da onları dərk edə bilməyəcək. Sürət artdıqca sürücünün nəyisə dərk etmək vaxtı daha da qısalır. Sürət həddi yüksək olan yerlərdə nişanların sayını bir qədər də azaltmaq lazımdır”.

 

Piyada keçidlərin salınması standartlarına AZTU-nun dosenti belə aydınlıq gətirib: “Yeraltı, yerüstü piyada keçidləri küçədən xaric piyada keçidləri adlanır. Bunların tətbiqinin iki mühüm şərti var. Birinci şərt ondan ibarətdir ki, həmin ərazidə piyadaların hesabi hərəkət intensivliyi saatda 3 min piyadadan çox olmalıdır. İkinci şərt isə ondan ibarətdir ki, iki zolaqlı yolun eni 14 metrdən az olarsa istər yeraltı, istərsə də yerüstü piyada keçidləri quraşdırıla bilməz”.

http://www.youtube.com/watch?v=_oYQqkvNne4

Related Post