Avtoreyd.Az Hadisə Lənkəranda mikroavtobus piyadanı vurub

Lənkəranda mikroavtobus piyadanı vurub


Lənkəran rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə hadisə Ələt-Astara magistralının Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan “Ford” markalı “99 KD 464” dövlət qeydiyyat nişanlı mikroavtobus yolu keçmək istəyən Masallı rayonu, Qızılağac kənd sakini, 51 yaşlı Quliyev Salman Yadigar oğlunu vurub. Sürücü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirib.

Sol baldır sümüklərinin yerdəyişən qapalı, qəlpəli sınıqları diaqnozu qoyulan S. Quliyev əməliyyata hazırlanıb. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, o, hadisənin baş verməsində özünü günahkar bilib və yolu keçmək istəyərkən sürücünü çaşdırdığını söyləyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Related Post

Bakıda “Zaporojes” sürücüsü həyatının səhvini etdi, “Toyota”ya çırpıldı (VİDEO)Bakıda “Zaporojes” sürücüsü həyatının səhvini etdi, “Toyota”ya çırpıldı (VİDEO)

Bakının Xətai rayonunda tragikomik qəza baş verib. AvtoReyd.Az BAKU.WS-in məlumatına görə,bildirir ki, idarəetməni itirən “Zaporojes” markalı avtomobilin sürücüsü Qaqarin körpüsünün yaxınlığında maşını arxadan “Toyota Camry” markalı avtomobilə vurub. Qəzada hər iki