Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.
“Report” xəbər verir ki, Sumqayıt vağzalında Bakıya gəlmək istəyən sərnişinlər yarım saatdan çoxdur qatar gözləyir. Belə ki, saat 08:50 qatarı gəlməyib, 09:17 qatarının isə yolda olduğu bildirilib.
Nəticədə stansiyada sıxlıq yaranıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova “Report”a açıqlamasında bildirib ki, Sumqayıt-Bakı elektrik qatarının gecikməsinə Keşlə stansiyasında elektrik xəttində yaranan nasazlıq səbəb olub: “Bu səbəbdən qatar 40 dəqiqə gecikib. Hazırda problem aradan qaldırılıb”.