Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Fərrux İsmayıl oğlu Ramazanovun idarə etdiyi “Hyundai” markalı çörək maşını eyni istiqamətdə hərəkətdə olan Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Yaşar Valeh oğlu Hüseynovun idarə etdiyi “Shacman” markalı maşına arxa hissədən çırpılıb. Nəticədə “Hyundai”ın sürücüsü hadisə yerində ölüb. Maşında sıxılmış vəziyyətdə qalman meyit FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.