Avtoreyd.Az Hadisə Rusiyada, Sankt-Peterburq şəhər metropolitenində partlayış olub- Yenilənib (video)

Rusiyada, Sankt-Peterburq şəhər metropolitenində partlayış olub- Yenilənib (video)


Sankt-Peterburqdakı özəl müəssisələr insanların daşınması üçün  pulsuz kömək təklif edib. Bu haqda İTAR-TASS-a  şəhər nəqliyyatı üzrə komitənin mətbuat xidmətindən məlumat veriblər.

Metropolitendəki partlayışdan sonra Sankt-Peterburq şəhərinin Pulkovo aeroportunda təhlükəsizlik tədbirləri gücləndirilib.

Sankt-Peterburqda baş verən partlayışdan sonra paytaxt  Moskvada da  təhlükəsizlik  tədbirləri görülüb.

Rusiyanın mobil operatorlarının əksəriyyəti metropolitendə baş verən partlayış səbəbindən, Sankt-Peterburqda rabitə əlaqəsində nasazlıqların yaşanmaması üçün tədbir görüblər.

Peterburq metrosunda partlayış zamanı zərər çəkən şəxslər bir-birinə yardım edib və vəziyyətin daha pisə doğru dəyişəcəyinə  hazır olduqlarını deyiblər. Bu haqda İTAR-TASS-a  hadisə şahidi danışıb.

“Əgər belə ifadə etmək olarsa vaqonda olan sərnişinlərin hamısı artıq öləcəklərini düşünürdülər.Partlayışdan sonra hamı nəticələri gözləyirdi, sonra bizi təxliyə etdilər və insanlar bir-birinə kömək etməyə başladılar. Başqalarını hadisə yerindən çıxarırdılar, əksəriyyət qan içində idi”, – İTAR-TASS  agentliyinin əməkdaşı ilə həmsöhbət olan hadisə şahidi danışıb.

Digər şahid isə qeyd edib ki, təxliyyə olunmalarını onlar bir neçə dəqiqə gözləyib. “Həlak olanları gördüm, ən azı  3-4 nəfər olardı. Təcili xidmət əməkdaşları hadisə yerinə  5-7 dəqiqə sonra gəldi”, – o, belə məlumat verib.

Sankt-Peterburqun qubernatoru Georqi Poltavçenko partlayış baş verən  metro stansiyasına gəlib. Stansiyaya yaxınlaşan qubernator, dərhal içəriyə yollanıb. Stansiyanın özü isə  polislər tərəfindən mühasirəyə alınıb.

Qubernatorun mətbuat katibi  Andrey Kibitov bildirib ki, metrodakı partlayış zamanı 50 nəfərə yaxın şəxs xəsarət alıb. Hadisə yerinə 17  təcili yardım briqadası cəlb olunub.

“Hazırda  təxminən 50 nəfər zərər çəkmiş var. Həmin şəxslərlə həkimlər çalışır. Təcili yardım briqadalarının sayı 17-dir, lakin artırılacaq”, – qubernatorun mətbuat katibi  Andrey Kibitov belə deyib. Hadisə yerində olan İTAR-TASS  agentliyinin müxbiri  bildirib ki, zərər çəkənlərin təxliyyəsi üçün həmçinin helikopterlərdən də istifadə olunub.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Sankt-Peterburq metrosunda baş verən partlayışın səbəbləri hələ məlum deyil. Bütün versiyalar nəzərdən keçirilir. Rusiya dövlət başçısının sözlərinə görə partlayışın məişət zəminində olması versiyası da, terror hadisəsi olması versiyası da  istisna edilmir.

Vladimir Putin deyib ki, Peterburqda metroda baş verən partlayış haqqında xüsusi xidmət orqanlarının məruzələri ona təqdim olunub.

Putin əmin edib ki, baş vermiş hadisə ilə bağlı həm hüquq-mühafizə orqanları, həm də xüsusi xidmət orqanları işləyir. Partlayışın səbəblərini aşkar etmək üçün, eyni zamanda baş verən hadisənin dəqiq   qiymətləndirilməsi  üçün onlar  əllərindən gələni edəcəklər.

Rusiya prezidenti partlayış zamanı  həlak olanların yaxınlarına və zərər çəkən şəxslərə başsağlığı verib.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, dövlət başçısına  baş verən  partlayışla bağlı məlumat verilib.

Dmitri Medvedyev də metroda partlayış nəticəsində həlak olanların  və zərər çəkənlərin ailələrinə başsağlığı verib.

Avropa Birliyinin 28 ölkəsinin Xarici işlər nazirləri Lüksemburqda keçirilən şura iclasında Sankt-Peterburqdan gələn xəbərləri izlədiklərini bildiriblər. Bu haqda birliyin diplomatiyasının rəhbəri Federika Mogerini məlumat verib.

“Sankt-Peterburqdan gələn xəbərləri Avropa Birliyinin bütün xarici işlər nazirləriylə birlikdə izləyirik. Biz mənən Rusiya xalqının yanındayıq”, – Federika Mogerini belə deyib.

Qeyd edək ki, bu gün Sankt-Peterburq metropoliteninin “Texnologiya institutu” stansiyasında partlayış baş verib. Hazırda metronun bütün stansiyaları bağlanıb.

http://www.youtube.com/watch?v=siFjlAnmba4

Sankt-Peterburq metrosunda iki partlayıcı qurğu işə düşüb.

Partlayış “Sennaya” və “Texnologiya institutu”  stansiyalarında baş verib. Hər iki stansiya bağlanıb, sərnişinlərin təxliyyəsi gedir.

İlkin məlumatlara görə, ən azı 10 nəfər  insan xəsarət alıb.  Xəsarət alanlar arasında uşaqlar da var.

Şahidlər sosial şəbəkələrdə hadisə yerindən fotolar dərc edir.

Related Post

Sərxoş inspektor travmatik tapança ilə sərnişini yarım saat diz üstə saxlayıb. (Video)Sərxoş inspektor travmatik tapança ilə sərnişini yarım saat diz üstə saxlayıb. (Video)

Avtoreyd.az bildirir ki, Sankt-Peterburq metropoliteninin təhlükəsizlik xidmətinin sərxoş əməkdaşı, tapançanın lüləsi altında sərnişini yarım saatı dizi üstə durmağa məcbur edib. Inspektora elə gəlib ki, “Staraya Derevnya” stansiyasındakı sərnişinlərdən biri ekstremistə oxşayır.