Qazaxda təkər təmiri sexində işləyən iki nəfər xəsarət alıb.

APA-nın  verdiyi məlumata görə, hadisə Qazax şəhərində qeydə alınıb. Təkər təmiri sexində avtomobil təkərinə hava vuran zaman şin partlayıb.

Hadisə zamanı sexdə işləyən Kamuna kənd sakini, 1964-cü il təvəllüdlü Elçin Axundov və Ağköynək kənd sakini 1985-ci il təvəllüdlü Əmiraslan Əmiraslanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.