Bir qayda olaraq, cırıltı keyfiyyətsiz qəliblərə görə yaranır, amma səs-küyün yaranmasının başqa səbəbləri də ola bilər.

Cırıltının əsas səbəbləri:
- Bu halda səs-küy ona görə yaranır ki, qəliblərinin üzü kələ-kötür qatla örtülmüş olur və bir müddət yeyildikdən sonra yonulur. Səs-küy təxminən avtomobilin istismarının iki-üç günündən sonra kəsilir. Prosesi sürətləndirmək üçün, təxminən avtomobilin sürətini saatda 100 km qədər artırmaq və sonra əyləcə basmaq olar. Əyləc qəlibinin tormozlanması zamanı kəskin qızma müşahidə olunur və bütün əyri-üyrülüklər silinir. Ancaq, əgər cırıltı, hətta belə prosedurdan sonra, yoxa çıxmırsa, onda detalı dəyişdirmək lazımdır.


- Palçıq, toz, xırda daşlar – xoşagəlməz səslərin səbəbi ola bilərlər. Problemi aradan qaldırmaq üçün, əyləc disklərinin və əyləc qəliblərinin üzünü təmizləmək lazımlıdır.
- Bəzi hallarda cırıltı güclü şaxtada da meydana çıxa bilər .
- Əyləc qəliblərinin köhnəlməsi. Bütün əyləc qəliblərində, xüsusi metal üzlüklər var və normada əyləc diskinə heç cürə toxunmamalıdır.Adətən qəliblərinin üzü yeyildikdə üzlük diskə toxunmağa başlayır ki, nəticədə güclü cırıltı meydana çıxır. Beləliklə, belə hal baş verdikdə sürücü üçün bu qəliblərinin əvəzetməsi haqqında xəbərdarlıq siqnalı kimi ollmalıdır.Yerigəlmişkən, tormozlamanın effektivliyi bu halda saxlanır.
- Yanlış quraşdırılmış metal üzlük.
- Bəzi keyfiyyətsiz qəliblərində metal üzlük səhv yerləşə bilər.Ona görə hətta yeni detallar köhnə qəliblər kimi eyni səsi çıxara bilər.

- Əyləc qəlibinin və diskin materiallarının uyğunsuzluğu. Disklərin və əyləc qəliblərinin seçimi vaxtı ,belə vəziyyətə düşməmək üçün istehsalçının tövsiyələrinə diqqət yetirmək lazımdır.
