Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətdən AvtoReyd-ə verilən məlumata görə, belə hallar həmin qatarın mənzil başına çatmasında gecikmələr yaradır.
Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə  Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarı  ləğv edilir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.