Qazax rayonunda avtomobil ustasının başına dəmir düşüb.

“Report”un  məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Avtomobil ustası işləyən kənd sakini, 1955-ci il təvəllüdlü Namazov Nəriman Ələs oğlu avtomobil düzəldən zaman başına dəmir düşməsi nəticəsində ağır xəsarət alıb.

Yaralı iş yoldaşları tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Əməliyyat edilən yaralının vəziyyəti hazırda orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.