Rusiyada yük avtomobili sərnişin avtobusu ilə toqquşub.
Bu barədə “TASS” agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Ryazan vilayətində, Mixaylovsk rayonunda, M-6 “Kaspiy” federal yolunun 215-ci kilometrliyində baş verib. Qəza nəticəsində 2 nəfər həlak olub, daha 31 nəfər xəsarət alıb.
Ölənlərdən birinin “Moskva-Elista” sərnişin avtobusunun sürücüsü, digəri isə sərnişindir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hələlik hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.