Avtoreyd.Az Hadisə Almaniyada yük avtomobili bələdiyyə binasına çırpılıb (foto+video)

Almaniyada yük avtomobili bələdiyyə binasına çırpılıb (foto+video)

| | 0 Comments | 19:12

 

Hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, baş vermiş hadisənin terror aktı olmasını istisna edirlər.

Almaniyada, Bremen şəhəri yaxınlığında yerləşən  Ferden şəhər idarə binasına yük avtomobili çırpılıb. Yerli polis nümayəndəsinin verdiyi məlumata görə  ilkin hesablamalara əsasən, baş vermiş hadisəni terror aktı cəhdi kimi qiymətləndirmək olmaz.

Sürücü, idarə binasının foyesinə avtomobillə daxil olduqdan sonra, alışma baş verib. Sonradan alov binanın birinci mərtəbəsində yerləşən bir neçə otağa da keçib.

Yanğınsöndürənlər alovu yalnız yarım saat sonra söndürə biliblər. Dəymiş zərər bir neçə yüz min avro təşkil edir.

Hadisə nəticəsində heç kəs xəsarət almayıb. Bu haqda  Kreiszeitung  nəşri xəbər yayıb.

Insidentlə bağlı saxlanılan 47 yaşlı kişinin hərəkətinin motivləri aydınlaşdırılır. O, polisə müqavimətsiz təslim olub. Ehtimal olunur ki, onun bu aksiyası   şəhər rəhbərliyinə qarşı yönəldilib.

 

Related Post