Hindistanın IBC24 telekanalının xanım aparıcısı Suprit Kaur birbaşa yayımda həyat yoldaşının həlak olduğu yol-nəqliyyat hadisəsi haqqında təcili xəbəri oxuyub.
Bu haqda The Times of India nəşri məlumat yayıb.
Xəbər lentinə yolsuzluq avtomobilinin iştirakı ilə törədilən qəza nəticəsində üç nəfərin ölməsi, iki nəfərin isə yaralanması haqqında məlumat daxil olub. Bu zaman telekanalın efirinə telefonla qoşulan müxbir hadisə zamanı zərər çəkən şəxslərin adını çəkməyib.
Nəşr qeyd edir ki, bu an aparıcı anlayıb ki, söhbət həmin marşrut üzrə həmin markalı avtomobildə səfərə çıxan onun həyat yoldaşından gedir. Lakin xanımı aparıcı birbaşa yayımda təmkinlə mətni oxuyaraq, buraxılışı başa vurub.
Efirdən sonra Suprit Kaur studiyadan çıxaraq, müxbirə zəng edib. Canlı efirə telefonla qoşulan müxbir, hadisədə həlak olan şəxslərdən birinin xanım aparıcının həyat yoldaşı olduğunu təsdiq edib. Yalnız bu an qadın özünü saxlaya bilməyib.
“Bu istənilən insan üçün çox ağır bir vəziyyətdir. Amma Suprit həyəcanını cilovlayaraq özünü ələ almağı bacardı. O, öz işinə nümunəvi sədaqətini göstərdi. Biz onunla fəxr edirik”, – kanalın əməkdaşlarından bir The Times of India nəşrinə belə deyib.