ABŞ-ın elektrik avtomobilləri istehsal edən özəl şirkəti – “Tesla”nın bazar dəyəri ilk dəfə olaraq məşhur “General Motors” konserninin bazar dəyərini üstələyib.

Avtoreyd.az lent.az-a istinadən xəbər verir ki, aprelin 4-də İlon Maskın şirkətinin dəyəri 53 milyard dolları ötüb. Ənənəvi istehsalçı GM-in dəyəri isə 49,80 milyard dollar olub. “Tesla”nın bir səhminin qiyməti 303,02 dollara yüksəlib. GM-in bir səhmi isə 34,26 dollardır.

“Tesla”nın tezliklə yeni “Model 3” elektromobili buraxacağı barədə xəbərlər şirkət səhmlərinin dəyərini artırıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.