İmişli rayonunda sürücü yük maşınının altında qalıb.
“Report”un xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 41 yaşlı Müşfiq Musaxan oğlu Ağamalıyev idarə etdiyi “Şaqman” yük maşınının sıradan çıxmış təkərini düzəltmək istərkən maşının altında qalıb. Ağır xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.