Aprelin 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 7-10, gündüz 12-17 dərəcə, Bakıda gecə 8-10, gündüz  14-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 18-23 dərəcə, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

http://www.youtube.com/watch?v=_Hd0cRFoZSs

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.