Avtoreyd.Az Hadisə “Prava” alacağını dedi, 5 nəfərin pulunu aldı: dələduz yaxalandı

“Prava” alacağını dedi, 5 nəfərin pulunu aldı: dələduz yaxalandı


Qazax polisi dələduzluq edən şəxsi saxlayıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Salahlı kənd sakini, 56 yaşlı Musa Cəfərov 5 həmyerlisini aldadaraq onlardan ümumilikdə 5 min manat pul müqabilində övladları üçün sürücülük vəsiqəsi alacağını deyib.

Pulu aldıqdan sonra isə o paytaxta üz tutub. Dələduzluğa məruz qalan Daş Salahlı kənd sakinlərinin müraciəti əsasında polis Musa Cəfərovu Bakı şəhərində saxlayaraq istintaqa cəlb edib. O, öz ifadəsində sürücülük kursunun olduğunu bildirib.

Hazırda dələduzluqda təqsirləndirilən şəxsin başqa cinayət əməllərinin olub-olmadığı araşdırılır.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

http://www.youtube.com/watch?v=mVWrbB8XhEk

Related Post

“Azərbaycan Dəmir Yolları” Sabirabadda iki nəfərin ölümünə səbəb olan hadisəyə aydınlıq gətirib“Azərbaycan Dəmir Yolları” Sabirabadda iki nəfərin ölümünə səbəb olan hadisəyə aydınlıq gətirib

“Hadisə sürücü tərəfindən qanunun tələbləri kobud surətdə pozulduğuna görə nəqliyyat vasitəsinin qatarın yoluna çıxması nəticəsində baş verib” Bu gecə saat 03.00 radələrində dəmir yolunun Mürsəlli-Osmanlı mənzilinin 62-ci km-də yerləşən qorunmayan