Avtoreyd.Az Hadisə “Prava” alacağını dedi, 5 nəfərin pulunu aldı: dələduz yaxalandı

“Prava” alacağını dedi, 5 nəfərin pulunu aldı: dələduz yaxalandı


Qazax polisi dələduzluq edən şəxsi saxlayıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Salahlı kənd sakini, 56 yaşlı Musa Cəfərov 5 həmyerlisini aldadaraq onlardan ümumilikdə 5 min manat pul müqabilində övladları üçün sürücülük vəsiqəsi alacağını deyib.

Pulu aldıqdan sonra isə o paytaxta üz tutub. Dələduzluğa məruz qalan Daş Salahlı kənd sakinlərinin müraciəti əsasında polis Musa Cəfərovu Bakı şəhərində saxlayaraq istintaqa cəlb edib. O, öz ifadəsində sürücülük kursunun olduğunu bildirib.

Hazırda dələduzluqda təqsirləndirilən şəxsin başqa cinayət əməllərinin olub-olmadığı araşdırılır.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

http://www.youtube.com/watch?v=mVWrbB8XhEk

Related Post

Bakıda “dik”lə avtobusa minən sərnişin dava saldı: “Ə işinlə məşğul ol” (VİDEO)Bakıda “dik”lə avtobusa minən sərnişin dava saldı: “Ə işinlə məşğul ol” (VİDEO)

Bakıda Əhmədli metrosunun yaxınlığında avtobus sürücüsü ilə sərnişin arasında mübahisə düşüb.    BAKU.WS-in məlumatına görə, redaksiyaya göndərilən videodan göründüyü kimi 62 nömrəli avtobusda sərnişinlə sürücü arasında gərginlik yaşanıb. Mübahisəyə səbəb