Quba rayonu ərazisində sərnişin avtobusu aşıb.

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın  verdiyi məlumata görə, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb.

Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.