Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.