Kaliforniyada şosedə inanılmaz hadisə baş verib. Qəzadan sonra minik avtomobilinin kapotu az qala çoxtonlu yük avtomobilinin təkərinə dolanıb. Verilən siqnalları eşitməyən sürücü isə minik avtomobilini və onun qorxmuş sürücüsünü arxasınca sürüməyə davam edib.
Birinci dəfədən yük avtomobilini hətta şahidlər belə dayandıra bilməyib. Qışqırıqlara və verilən avtomobil siqnallarına diqqət yetirməyən yük avtomobilinin sürücüsü, heç bir şey olmamış kimi qaz verməyə davam edib. Yalnız videonu çəkən sürücü az qala onun avtomobilinin çarxları altına düşəcəyi anda, yük avtomobili dayanıb. Yük avtomobilinin sürücüsünün sözlərinə görə o, heç bir zərbə hiss etməyib, çünki minik avtomobili onun qoşqusuna giribmiş.