Avtoreyd.Az Hadisə ABŞ-da sərnişin pilota niyə hücüm edib? (video)

ABŞ-da sərnişin pilota niyə hücüm edib? (video)

| | 0 Comments | 03:09

 

ABŞ-ın Missuri ştatının Kanzas-Siti aeroportunda sərnişin pilota hücum edib. Bu haqda KMBC 9 News məlumat yayıb.

İnformasiyaya görə, Edvard Foster adlı sərnişin American Airlines aviaşirkətinin reysiylə onunla birlikdə Dallasdan (Texasdan) sərnişin qismində uçan pilota hücum edib.

Foster, kimliyi açıqlanmayan pilotu hava limanının çıxışında yaxalayıb. O, pilotu tutaraq yerə yıxmağa çalışıb, həmçinin iki dəfə də itələyib. Pilot isə bu zaman çıxışa doğru atılıb, 49 yaşlı sərnişin isə onu təqib etməyə davam edib.

Zərər çəkmiş əvvəlcə polisə şikayət ərizəsi verməkdən imtina etsə də, sonradan  fikrini dəyişib.

İnsidentlə bağlı araşdırmalar nəticəsində  Foster deyib ki, guya pilot təyyarədə həddən artıq çox yer tutub və ona hörmətsizlik edib.

Nəticədə, sərnişini pilota qəsdən bədən xəsarətləri  yetirməkdə ittiham ediblər.

Məlum olub ki, sən demə hücum nəticəsində pilot ayaqlarından travma  alıb və onun bazu önündə (dirsəklə pəncə arasındakı hissə) göy ləkələr əmələ gəlib.

Related Post

Üç maşının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb (Video+Foto)Üç maşının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb (Video+Foto)

Salyan rayonunda zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin əvvəlcə “Opel” ilə toqquşması, ardınca isə “Jiquli”yə

Nyu-Yorkda avtovağzal ərazisində partlayış baş verib, yaralılar var – VİDEONyu-Yorkda avtovağzal ərazisində partlayış baş verib, yaralılar var – VİDEO

ABŞ-n Nyu-York şəhərindəki avtovağzal ərazisində partlayış baş verib, yaralılar var. AvtoReyd.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York polisindən bildiriblər. Partlayış Nyu-York şəhərinin Manhetten bölgəsindəki Port Autoriti avtovağzalında baş verib. Port