Salyan rayonunda zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin əvvəlcə “Opel” ilə toqquşması, ardınca isə “Jiquli”yə çırpılması nəticəsində Salyan rayon sakini, 1999-cu il təvəllüdlü Hacıyev Qismət Şahin oğlu və Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Quliyev Həmzə Sərraf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.