ABŞ-da şahidlərin Fox News 5 telekanalına verdiyi məlumata görə, sükan arxasında olan bir xanım yolda özünü son dərəcə aqressiv aparıb. İşıqforda avtomobillərdən birinin sərnişini qadına yaxınlaşıb ki, öz iradını bildirsin. Avtomobilin şüşəsini taqqıldanan şəxs veriləcək reaksiyanı gözləmədən, geri dönüb. Bu zaman avtomobildən enən xanım sürücü özü ilə salondan götürdüyü tozsoranla, onun şüşəsini taqqıldanan şəxsi döyüb.
Qadın həmin gün həbs edilib və ona qarşı ittiham irəli sürülüb. Xanım sürücü isə polisi inandırmağa çalışıb ki, bütün bu baş verənlər, sadəcə özünümüdafiə xarakteri daşıyıb.