Avtoreyd.Az Hadisə Lənkəranda ağır qəza: 2 ölü, 3 yaralı

Lənkəranda ağır qəza: 2 ölü, 3 yaralı


Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə  3-ə çatıb

APA-nın verdiyi məlumata görə, Lənkəranın Velədi kəndi ərazisində “Mercedes”   markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran  vətəndaşına məxsus yük maşını ilə  toqquşub.

Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post