Avtoreyd.Az Hadisə Salyanda dəhşətli qəza: 2 ölü, 6 yaralı

Salyanda dəhşətli qəza: 2 ölü, 6 yaralı


Ələt-Astara yolunda Yol Patrul Xidmətinin avtomobili “Mercedes”lə toqquşub. APA TV-nin xəbərinə görə, qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb. Salyan rayon sakini, 29 yaşlı Məmmədyarov Natiq Nifti oğlunun idarə etdiyi Yol Patrul Xidmətinə məxsus BMW markalı maşın ötmə əməliyyatı zamanı qarşıdan gələn Astara rayon sakini, 1948-ci il təvəllüdlü Axundov Azad Qüdrət oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə zamanı 6 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Xəsarət alanlar Bakı şəhər sakinləri -1950-ci il təvəllüdlü Allahverdi Ağəli oğlu Əhmədov, 1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov, 1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov, Salyan rayon sakinləri – Yol Patrul Xidmətinin əməkdaşları olan 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev və 1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarov və daha bir nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan 2-si reanimasiya şöbəsinə, 4-ü travmatologiya şöbəsinə yerləşdirilib.

“Mercedes” markalı avtomobilin sürücüsü, 69 yaşlı Astara rayon sakini Azad Axundov hadisə yerində, sərnişini olan Bakı sakini, 1963-cü il təvəllüdlü Emil Teymur oğlu Mahmudov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=bYhOqzsgLd0

Related Post