Qazaxda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafanın Dağ Kəsəmən kəndindən Qazaxa gedən yolda qeydə alınıb.

Traktorla minik avtomobilinin toqquşması nəticəsində traktorda olan Dağ Kəsəmən kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Fərid Ruslan oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.