Gəncə-Şəmkir yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin qərb çıxışında qeydə alınıb. “KamAz” markalı yük maşınının “Prado” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1953-cü il təvəllüdlü Qasımov Əhəd Səməd oğlu müxtəlif bəd xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.