REPORT.AZ xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gecə həyata keçirdiyi Tbilisi-Bakı aviareysi gecikmə ilə yerinə yetirilib.

“Report”un məlumatına görə, gecikmə təxminən 50 dəqiqə olub.

Belə ki, AZAL-a məxsus sərnişin təyyarəsi Gürcüstan paytaxtından saat 01:20-də havaya qalxmalı olsa da, bu, 02:10-da mümkün olub. Son nəticədə sərnişinlər Azərbaycan paytaxtına saat 02:30-da deyil, 03:20-də çatıblar.

Gecikməyə səbəb kimi dumanlı hava şəraiti göstərilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.