Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi “Mitsubishi” markalı avtomobil qəzaya düşüb.
APA-nın “corumhaber.com” saytına istinadən verdiyi məlumata görə, Azərbaycandan İstanbula gedən 43 yaşlı Fərid İbrahimovun idarə etdiyi 90 OJ 177 dövlət nömrə nişanlı pikap avtomobil Samsun-İstanbul yolunun Çorum rayonunun Osmancıq qəsəbəsindən keçən hissəsində qəzaya uğrayıb.
F.İbrahimovun idarəetməni itirməsi nəticəsində avtomobil aşıb, yoldan çıxaraq tarlaya düşüb. 40 metrə qədər sürüklənən avtomobilin sürücüsü və yanında olan Zaur Ramazanov xəsarət alıb. Onlar Osmancıq Dövlət Xəstəxanasına yerləşdiriliblər.