Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində, Borsunlu kəndi ərazisində mikroavtobus qəzaya uğrayıb.

APA-nın  verdiyi məlumata görə, eyni istiqamətdə hərəkətdə olan “Mersedes” markalı mikroavtobus və “Mersedes” markalı minik avtomobili toqquşub.

Gəncə-Yevlax marşrutunda fəaliyyət göstərən mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.

Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.