“Toyota” avtomobil konserni 2019-cu ildə uçan avtomobil istehsal etmək fikrindədir.

AvtoReyd.Az lent.az-a istinadən xəbər verir ki, korporasiya layihə işinə 42 milyon ien (370 min dollar) ayıracaq. İşlər artıq başlayıb, lakin layihə müəllifləri indiyədək internet vasitəsilə maliyyə toplayırdı.

Uçan avtomobil 8 qanadla təchiz olunacaq. İlk uçuşun 2019-cu ilin yanvarında həyata keçirilməsi planlaşdırılır. Avtomobilin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının açılışında iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, “Uber” şirkəti də uçan avtomobil layihəsi həyata keçirəcəyini açıqlayıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.