“Volkswagen Qrup Rus” şirkəti Rusiyada 14 mindən çox “Audi” markalı avtomobili geri çağırıb.

AvtoReyd.Az Trend-ə istinadən bildirir ki, qərar soyuducu maye nasosunun həddən artıq qızması ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.