Avtoreyd.Az Gündəm Bu ilin I rübündə Azərbaycanda 293 min ton avtomobil benzini istehlak olunub

Bu ilin I rübündə Azərbaycanda 293 min ton avtomobil benzini istehlak olunub


 

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 040,8 min ton neft emalı məhsulları istehlak olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehlakı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,5 % azalıb.

Ümumi istehlakın 30,3%-ni mazut yanacağı, 28,1%-ni avtomobil benzini, 26,4%-ni dizel yanacağı, 5,1%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 3,7 %-ni maye qaz, 2,8 %-ni aviasiya üçün və sair ağ neft, 1,7 %-ni neft bitumu, 0,8 %-ni sürtkü yağları, 1,1 %-ni isə digər neft emalı məhsulları təşkil edib.

Belə ki, bu ilin I rübündə ölkədə 293 min ton avtomobil benzini, 274,5 min ton dizel yanacağı, 315,2 min ton mazut yanacağı, 52,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 29,1 min ton aviasiya üçün və sair ağ neft, 17,3 min ton neft bitumu, 38,8 min ton maye qaz, 8,3 min ton sürtkü yağları, 11,7 min ton isə digər növ neft məhsulları istehlak edilib.

Bu ilin I rübündə Azərbaycanda istehlak edilən avtomobil benzinin həcmi illik müqayisədə 5,4%, mazut yanacağının həcmi 17,4%, aviasiya üçün və sair ağ neftin həcmi 15,7%, neft bitumunun həcmi 11,7%, maye qazın həcmi 1%, sürtkü yağlarının həcmi 5,7% azalıb, dizel yanacağının həcmi 2,1%, neft-kimya sənayesində istifadə üçün benzinin həcmi 22,5%, digər növ neft məhsullarının həcmi isə 48,1% artıb.

Related Post

Ramil Usubov: “Son 5 ildə DİN-in 1797 əməkdaşı vətəndaş hüquqlarını pozduqlarına görə cəzalandırılıb”Ramil Usubov: “Son 5 ildə DİN-in 1797 əməkdaşı vətəndaş hüquqlarını pozduqlarına görə cəzalandırılıb”

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini qəbul edib. DİN-dən verilən məlumata görə, qonağı salamlayan nazir 1996-cı ildə imzalanmış