Füzuli rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Əmirzeydli kəndində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı beton sədlərə çırpılıb və nəticədə yanğın baş verib.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.