Avtoreyd.Az Avtoxəbər Lamborghini şirkəti Diablo GT1 Stradale unikal modelini təqdim edib-VIDEO

Lamborghini şirkəti Diablo GT1 Stradale unikal modelini təqdim edib-VIDEO

| | 0 Comments | 02:03

 

Avtoreyd.az bildirir ki, Lamborghini şirkəti yarış modelinin prototipi Diablo GT1 Stradale-ni nümayiş edib. Bu model, Porsche 911 GT1 və McLaren F1 GTR modellərinə rəqib olaraq hazırlanıb.

Dünyada cəmi iki belə avtomobil mövcuddur. Onlardan biri Avropada, digəri isə Yaponiyada, kolleksiyada saxlanılır. Yarış avtomobili layihəsinin işi dayandırıldığından, daha belə maşınlar buraxılmır.

GT1 Stradale modeli Fransanın Signes Advanced Technology  zavodu tərəfindən istehsal edilib. Avtomobildə 655 at gücünə malik 6 litrlik V12 mühərriki quraşdırılıb. Stradale-nin kuzovu karbon lifindən hazırlanıb, elə buna görə də zahirən Diablo-nun başqa modifikasiyalarından kəskin fərqlənir.

Daxildən avtomobil pedallar üçün nəzərdə tutulan xüsusi qutuyla, açıq dəyişdiricilərlə, həmçinin yarış avtomobilinə lazım olan bütün digər detallarla təchiz edilib.

http://https://www.youtube.com/watch?v=Y6ubbarez-A

Related Post

Ukraynada içərisində Azərbaycan şirkətlərinin yükü olan daha 8 maşın oğurlanıbUkraynada içərisində Azərbaycan şirkətlərinin yükü olan daha 8 maşın oğurlanıb

Ukraynanın Poltava, Xmelnitski və Vinnitsa vilayətlərində içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 3 ağır tonnajlı maşın oğurlanıb.   Yük maşınlarından birinin daşıyıcılığını həyata keçirən “Sufaris-Transport” şirkətinin rəhbəri Sübhan Sarıyev