Mədəni Turizm

Şəkidə maraqlı aksiya: qoruq və muzeylər qapılarını turistlərin üzünə açdı — VİDEO

İslam Həmrəyliyi Oyunları üçün Azərbaycana gələn turistlər üçün Şəkidə maraqlı aksiya keçirilib. Belə ki, qoruq və muzeylər qapılarını turistlərin üzünə açıb və onlara folklor nümunələri təqdim olunub.

İslam oyunları ərəfəsində Şəkidə bir sıra qoruqlarda və muzeylərdə Xalq gəzintisi adlanan acıq qapı gününün keçirilməsi yerli əhali ilə yanaşı turistlərin də diqqətini cəlb edib.

İslam Həmrəyliyi Oyunlarını izləmək üçün Azərbaycana gələn turistlər ölkənin tarixi bölgələrini gəzmək fürsətini də əldən verməyiblər. «Yuxarı Baş» Dövlət Tarix-Memarlıq Qoruğunda turistlərə ölkəmizin tarixinin,adət ənənələrinin,təbliği ilə yanaşı silsilə şəklində folklor nümunələri də təqdim olunub.

Mayın əvvəllərindən turistlərin sayının xeyli artdığını deyən qoruq direktoru əcnəbi turistlər arasında ərəb ölkələrindən, eləcə də Türkiyə və Rusiyadan gələnlərin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Turistlər isə tarixi abidələri ziyarət etmək və Azərbaycan haqqında daha çox şey bilməkdən zövq aldıqlarını deyirlər.

Ərazidəki tarixi abidələrin özəllikləri ilə yanaşı, Milli paltarlarımızı geymək xalq rəqslərini dinləmək və hətta rəqs etmək imkanları yaradılan turistlər ölkəmizin milli sərvətlərinə heyran olduqlarını bildirirlər.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again