Avtoreyd.Az Mədəni Turizm Şəkidə maraqlı aksiya: qoruq və muzeylər qapılarını turistlərin üzünə açdı – VİDEO

Şəkidə maraqlı aksiya: qoruq və muzeylər qapılarını turistlərin üzünə açdı – VİDEO

İslam Həmrəyliyi Oyunları üçün Azərbaycana gələn turistlər üçün Şəkidə maraqlı aksiya keçirilib. Belə ki, qoruq və muzeylər qapılarını turistlərin üzünə açıb və onlara folklor nümunələri təqdim olunub.

İslam oyunları ərəfəsində Şəkidə bir sıra qoruqlarda və muzeylərdə Xalq gəzintisi adlanan acıq qapı gününün keçirilməsi yerli əhali ilə yanaşı turistlərin də diqqətini cəlb edib.

İslam Həmrəyliyi Oyunlarını izləmək üçün Azərbaycana gələn turistlər ölkənin tarixi bölgələrini gəzmək fürsətini də əldən verməyiblər. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda turistlərə ölkəmizin tarixinin,adət ənənələrinin,təbliği ilə yanaşı silsilə şəklində folklor nümunələri də təqdim olunub.

Mayın əvvəllərindən turistlərin sayının xeyli artdığını deyən qoruq direktoru əcnəbi turistlər arasında ərəb ölkələrindən, eləcə də Türkiyə və Rusiyadan gələnlərin üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Turistlər isə tarixi abidələri ziyarət etmək və Azərbaycan haqqında daha çox şey bilməkdən zövq aldıqlarını deyirlər.

Ərazidəki tarixi abidələrin özəllikləri ilə yanaşı, Milli paltarlarımızı geymək xalq rəqslərini dinləmək və hətta rəqs etmək imkanları yaradılan turistlər ölkəmizin milli sərvətlərinə heyran olduqlarını bildirirlər.

Related Post

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcəkAzərbaycan Respublikasının mədəniyyət və turizm naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin aprel ayının 21-də