Mədəni Turizm

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) yeni tamaşanın hazırlanmasına start verilib.

Teatrın Mətbuat xidmətindən a verilən məlumata görə, Teatr 2018-ci ilin tətil günlərində kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulan  Sten Linin “Hörümçək adam “ tamaşasını hazırlayır.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov qeyd edib ki,  bu səhnə əsəri azyaşlı tamaşaçıların böyük marağına səbəb olacaq: «Onlar hər il olduğu kimi bayram ovqatlarına xüsusi rəng qatan ADGTT-dan yüksək əhval ruhiyyə ilə gedəcəklər. Hesab edirəm ki, tamaşa həm uşaqlar həm də böyüklərə gözəl bayram hədiyyəsi olaraq onların sevincinə sevinc qatacaq”.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, tryukların quruluşu İsa Əsədova məxsusdur.

Yeni səhnə əsərində əsas obrazları Teatrın istedadlı aktyorlarından əməkdar artistlər — Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar — Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.

Tamaşanın premyerası bu ilin dekabr ayının 29-da saat 12:00, 14:00, 16:00- da baş tutacaq.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again