Maraqlı

Zəif internet sağlamlığa ziyandır — ALİMLƏR

Danimarkalı alimlər qrupu müəyyən edib ki, ləng internet istifadəçilərin sağlamlığı üçün təhlükəli ola bilər.

lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, belə bir nəticəyə mütəxəssislər çoxsaylı təcrübələrin nəticələrinə əsaslanaraq gəliblər.

Araşdırmada müxtəlif yaşlı 200 nəfər insan iştirak edib. Könüllülərə bir müddət planşet, noutbuk və smartfonlarla internetdə işləmək təklif edilib. İşin gedişi zamanı mütəxəssislər hər bir iştirakçının sağlamlıq durumunu qeydə alıblar.

Təcrübə prosesi zamanı internetin sürəti tədricən azaldılıb. Belə ki, alimlər müəyyən ediblər ki, bu fakt ürək döyüntülərinə, qan təzyiqinin artmasına, hətta baş ağrısına təsir edib.

Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, ləng internet istifadəçilərin rifahına mənfi təsir göstərməyə qadirdir. Bununla belə, mütəxəssislərin sözlərinə görə, daimi narahatlıqlar çox pis nəticələrə gətirib çıxara bilər.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again