AvtoReyd.Az APA TV-nin məlumatına əsasən bildirir ki, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Özbəkistan və başqa ölkələrdən gələn 16 dizayner 2017/2018 il üçün payız-qış kolleksiyalarını təqdim edəcəklər.
“Mercedes-Benz fashion Week Baku 2017” də ilk olaraq, tanınmış gürcü dizayneri Avtandilin kolleksiyası nümayiş olunacaq. Ümumiyyətlə növbəti 3 gündə fərqli dizaynerlərin maraqlı və rəngarəng geyimlərinin təqdim ediləcəyi gözlənilir.
Layihənin əsas sponsoru “Mercedes-Benz” 2 avtomobil nümayiş etdirəcək. Şirkətin marketing şöbəsinin müdiri Sevinc Abbasova qeyd edib ki, dəb həftəsinin əsas məqsədi dünyada yeni isimlərin axtarışı, eləcə də yerli dəb sektoru üçün stimul verməkdir.
“Mercedes-Benz fashion Week Baku” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.
http://www.youtube.com/watch?v=qfWYbghENuI