Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi MAZ və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R. Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.