AvtoReyd.Az APA TV-nin məlumatına əsasən bildirir ki, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Özbəkistan və başqa ölkələrdən gələn 16 dizayner 2017/2018 il üçün payız-qış kolleksiyalarını təqdim edəcəklər.

“Mercedes-Benz fashion Week Baku 2017” də ilk olaraq, tanınmış gürcü dizayneri Avtandilin kolleksiyası nümayiş olunacaq. Ümumiyyətlə növbəti 3 gündə fərqli dizaynerlərin maraqlı və rəngarəng geyimlərinin təqdim ediləcəyi gözlənilir.

Layihənin əsas sponsoru “Mercedes-Benz” 2 avtomobil nümayiş etdirəcək. Şirkətin marketing şöbəsinin müdiri Sevinc Abbasova qeyd edib ki, dəb həftəsinin əsas məqsədi dünyada yeni isimlərin axtarışı, eləcə də yerli dəb sektoru üçün stimul verməkdir.

“Mercedes-Benz fashion Week Baku” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

AvtoReyd.Az

http://www.youtube.com/watch?v=qfWYbghENuI

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.