Avtoreyd.Az Hadisə Oğurladığı yük avtomobili ilə fahişəxananı atl-üst etdi-Video

Oğurladığı yük avtomobili ilə fahişəxananı atl-üst etdi-Video

| | 0 Comments | 04:32

Avtoreyd.az bildirir ki, Amerikanın Nevada ştatında zirehli gödəkcə və maskada olan 40 yaşlı Brayan Brandt adlı şəxs yük maşını ilə Moonlite Bunny Ranch adlı leqal şəkildə fəaliyyət göstərən fahişəxanaya girib.

Sarı kabinalı yük avtomobili fahişəxananın qapılarını taran edərək, obyektin bir hissəsini viran edib.

Üç maddə üzrə ittiham edilən sürücü həbs edilib.

Moonlite Bunny Ranch-ın sahibi Dennis Hofun verdiyi məlumata görə, nə o, nə də onun obyektində çalışan şəxslərdən heç kim Brandtı tanımır.

Hadisə zamanı fahişəxanada olan beş əməkdaşdan, 30 fahişədən və on nəfər müştəridən heç kəs zərər çəkməyib. Ancaq yük maşınının binaya çırpılması hamını bərk qorxudub. Obyekt sahibinin sözlərinə görə ona dəyən ziyan 400 min dollar təşkil edir.

Araşdırma zamanı o da məlum olub ki, yük maşını Nevada ştatının şimalında yerləşən Central Transport şirkətinə aid terminaldan oğurlanıb. Şirkət nümayəndəsi bildirib  ki, Brayan Brandt orada sürücü kimi çalışıb. Amma bir neçə ay əvvəl xoşagəlməz davranışına görə işdən çıxarılıb. Lakin əməkdaş xoşagəlməz davranışın konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb.

Related Post