Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ-2107”-də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.