Avtoreyd.az bildirir ki, ölümlə nəticələnən qəza hadisəsi Rusiya paytaxtının cənub-qərb inzibati dairəsində, Tyoplıy Stan küçəsində baş verib.
İşıqforun sarı siqnalına dörd yol ayrıcını keçməyə çalışan motosikletçi, Ford Focus avtomobilinə çırpılıb. Toqquşma nəticəsində motosikl sürücüsü minik avtomobilinin üzərindən havaya uçub.
Yamaha YZF-R1 motosiklini idarə edən Roman adlı 37 yaşlı şəxs hadisə yerində vəfat edib.
Xarici avtomobilin salonunda olan şəxsin də xəsarət aldığı deyilir
http://www.youtube.com/watch?v=fdcJFijulIQ