Avtoreyd.Az Avtoxəbər Bazarda 8-9 yerlik avtomobillərə maraq artıb – SƏBƏB – VİDEO

Bazarda 8-9 yerlik avtomobillərə maraq artıb – SƏBƏB – VİDEO


Avtomobil bazarında 8-9 yerlik avtomobillərə maraq artıb.

Bunun əsas səbəbi isə turistlərin daha çox bu avtomobillərlə səyahət etməyə üstünlük vermələridir. Bu tələbat qiymətlərə də təsirsiz ötüşməyib.

AvtoReyd.Az Xezerxeber-ə istinadən məlumat verir ki, bir zamanlar satışı çox zəif olan 8-9 və daha çox yerlik avtomobilləri indi tapmaq müşkülə çevrilib. Buna səbəb belə avtomobillərə marağın artmasıdır.

Satıcılar bildirirlər ki, bu tələb son 1 ildə daha da çoxalıb. Xüsusilə də yeni nəsil avtomobillərə maraq böyükdür.

Elə bu səbəbdən də hazırda ölkəyə gətirilən avtomobillərin əsas hissəsini 8-9 yerlik avtomobillər təşkil edir. Turizm sezonu yeni başladığına görə bu avtomobillərin qiymətinin növbəti aylarda daha da artacağı gözlənilir.

Satıcılar deyirlər ki, daha imkanlı turistlər əsasən lüks avtomobillərə üstünlük verirlər. Əsasən də avtomobilin içində internetin olmasını istəyirlər. Belə maşınlar qiyməti isə çox baha olur.

8-9 yerlik avtomobillərin günlük kirayəsi isə ili köhnə olan avtomobillər üçün 100-150 manat, lüks avtomobillər üçün isə 250 manatdan başlayır.

AvtoReyd.Az

Related Post

Sürücülərin nəzərinə: Bu gecə prospektdə hərəkət məhdudlaşdırılacaqSürücülərin nəzərinə: Bu gecə prospektdə hərəkət məhdudlaşdırılacaq

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, üfüqi